Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0661 AZN

Niderland hökuməti istefa verib

Niderland hökuməti istefa verib

Niderland hökuməti istefa verib. APA-nın Niderland Nazirlər Kabinetinin saytına istinadən verdiyi xəbərə görə, Baş nazir Mark Rutte artıq hökumətin istefasını Krala təqdim edib. Bundan başqa, Baş nazir Krala vəziyyətlə bağlı izahat verəcək. *** saat 17:49 Niderland hökuməti istefa verir. APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, baş nazir Mark Ruttenin rəhbərlik etdiyi hökumət səlahiyyətlilərinin minlərlə vətəndaşı sosial rifahdan fırıldaq yolu ilə yararlanmaq mövzusunda yanlış ittiham etməsi ortaya çıxdıqdan sonra istefa verəcəyini bəyan edib. Bu gün Nazirlər Kabinetinin iclasında baş nazir Rutte deyib ki, marta təyin olunmuş seçkidən öncə nazirlər istefa ilə bağlı qərar verməlidir. O, bu vəziyyəti utancverici adlandırıb. Qeyd edək ki, Hollandiya vergi xidməti minlərlə ailəni 2013-2019-cu illərdə saxta yolla uşaqlara yardım pulu tələb etməkdə günahlandırıb və ödənişlərin geri qaytarılmasını tələb edib. On minlərlə avronun geri qaytarılması bir çox ailənin maddi vəziyyətinə ağır təsir edib və bəzi hallarda boşanmalara səbəb olub. Parlament hesabatında təqsirləndirilən şəxslərə günahsız olduqlarını sübut etmək şansı vermədən on minlərlə avronu geri qaytarmağı tələb etmək "görünməmiş ədalətsizlik" adlandırılıb. Bildirilib ki, bununla əlaqədar təxminən 10 min ailəyə 30 min avro kompensasiya ödəniləcək. Artıq ailələr ölkənin maliyyə naziri Vopke Hoekstra və iqtisadiyyat naziri Erik Viebes də daxil olmaqla 5 siyasətçini məhkəməyə verib. Ailələr bu rəsmiləri səhv idarəçilikdə ittiham edir. Qalmaqala baxmayaraq, rəy sorğuları Rutte hökumətinin ictimaiyyətin üçdə ikisinin dəstəyinə sahib olduğunu göstərir. Nazirlər istefa verərsə onlar mart ayındak keçiriləcək seçkiyə qədər postda qalacaqlar.

Ən son xəbərlər

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Qubadlının Əfəndilər kəndinin görüntüləri

Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir