Bakı
5° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0695 AZN

Şuşada hərbiçilərin düşdüyü qəza ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Şuşada hərbiçilərin düşdüyü qəza ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Ötən gün Şuşa yaxınlığında hərbiçilərin düşdüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib: "İzahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib". Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Qeyd edim ki, ötən gün Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobilin qəzaya düşməsi nəticəsində hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.

Ən son xəbərlər

XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Novruz çərşənbələrinin vaxtı açıqlandı

"İnstagram"da pullu xidmət qarşılığında dələduzluq əməlləri artıb - XƏBƏRDARLIQ

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır

Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

Bill Qeyts peyvənd olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Rusiyadan Azərbaycan məhsullarının idxalı ilə bağlı qərar

AMEA-da yeni təyinatlar olub

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib

"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb