Bakı
7° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0695 AZN

ICESCO-nun Baş direktoru: “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edildiyini gördük, bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”

ICESCO-nun Baş direktoru: “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edildiyini gördük, bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”

“İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”.

Bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

“Biz bu il üzv ölkəmiz olan Azərbaycanın qələbəsini qeyd edirik. Təşkilatımıza üzv hər bir ölkə bizim üçün vacibdir. Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir”, - deyə ICESCO-nun baş direktoru qeyd edib.

Ən son xəbərlər

XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Novruz çərşənbələrinin vaxtı açıqlandı

"İnstagram"da pullu xidmət qarşılığında dələduzluq əməlləri artıb - XƏBƏRDARLIQ

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır

Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

Bill Qeyts peyvənd olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Rusiyadan Azərbaycan məhsullarının idxalı ilə bağlı qərar

AMEA-da yeni təyinatlar olub

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib

"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb