Bakı
5° Aydın hava
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0695 AZN

Ermənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”

Ermənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməniləri revanşizmdən uzaq durmağa çağırıb.

O, bu fikirləri Rusiyanın RBK agentliyinə müsahibəsində söyləyib.

Müxalifətçi müsahibəsində hələ müharibə dövründə Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırdığını vurğulayıb: “Çünki mən cəbhədə nə baş verdiyini bilirdim, əhali isə bilmirdi. Çünki məlumatın qarşısını almaq üçün tədbirlər görülürdü, ona görə Ermənistan əhalisi nə baş verdiyini anlamırdı. Ancaq mən həmişə cəbhələrlə, generallarla, ordu ilə bağlantıda olmuşam və durumun acınacaqlı olduğunu bilirdim”.

Yanvarın 11-də Rusiyanın paytaxtı Moskvada keçirilən üçtərəfli görüşə toxunan V.Manukyan Azərbaycanın diplomatik qələbəsini etiraf edib. O bildirib ki, Moskva görüşündə Ermənistan heç nə qazanmayıb, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə edib: “Azərbaycana ona lazım olanı – Azərbaycanı Naxçıvan ilə bağlayan yolu aldı”.

N.Paşinyanın hakimiyyətə “rəngli inqilab” sonucunda gəlməsini qeyd edən V.Manukyan ona bəslənən ümidlərin puça çıxdığını deyib: “Ermənistanda baş verən (2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi nəzər tutulur – “Report”) adi “rəngli inqilab” olub. “Rəngli inqilablar”ın heç vaxt yaxşı sonu olmur. “Rəngli inqilab” dalğasında hakimiyyətə əsasən hökumətə rəhbərlik edə bilməyən səriştəsiz insanlar gəlir. Paşinyan toplumu keçmiş və indikilərə böldü, cəmiyyəti parçaladı”.

Vazgen Manukyan
Vazgen Manukyan

V.Manukyan ordunu hücuma yox, müdafiəyə hazırlaşmalı olduğunu açıqlayıb: “Hazırda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır… Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir”.

Siyasətçinin sözlərinə görə, müharibə boyu baş nazir cəbhədə baş verənləri yetərincə dərk etmək qabiliyyətində olmayıb. Onun fikrincə, Serj Sarqsyan hakimiyyətdə qalsaydı, müharibədən qaçınmaq mümkün olardı.

V.Manukyan həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının birmənalı olmadığı düşüncəsindədir: “Rusiya danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədri kimi iştirakı zamanı iki prinsip elan edib: millətin öz müqəddəratını təyinetmə məsələsi və Azərbaycanın bir dövlət olaraq bütövlüyü məsələsi. Yəni bu iki məsələ bir-birinə zidd idi. Bu vəziyyətdə Rusiya da ortada öz müqəddəratını təyinetmə məsələsinin, milli məsələnin olduğunu düşünürdü”.

O həmçinin Rusiyanın 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki roluna da diqqət çəkib: “O (Rusiya – “Report”) nə etməli idi, yerimizə döyüşməli idi? Elə olmur. Ancaq o bizi silandırır və müharibəni dayandırmaq üçün bir neçə dəfə cəhd edib”.

Qeyd edək ki, 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. Hazırda Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədidir.

Ən son xəbərlər

XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək

Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Novruz çərşənbələrinin vaxtı açıqlandı

"İnstagram"da pullu xidmət qarşılığında dələduzluq əməlləri artıb - XƏBƏRDARLIQ

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

Nazirlik: UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı sənəd hazırlanır

Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

Bill Qeyts peyvənd olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Rusiyadan Azərbaycan məhsullarının idxalı ilə bağlı qərar

AMEA-da yeni təyinatlar olub

Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub

Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”

Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama

Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib

"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları

Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb