Bakı
Xəbərlər
İndi Efirdə 10:00 - 10:05 Əzizənin təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0562 AZN

Ceyhun Bayramov Pakistanın Baş Qərargah rəisi ilə görüşdü - FOTO

Ceyhun Bayramov Pakistanın Baş Qərargah rəisi ilə görüşdü - FOTO

Bu gün Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük qələbəyə görə təbriklərini Ceyhun Bayramovun diqqətinə çatdırdı. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verdi. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nümayiş etdirdiyi mənəvi dəstəyə görə qarşı tərəfə dərin təşəkkürünü ifadə etdi.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minalardan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti də vurğulanıb.

Ən son xəbərlər

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

Donald Tramp vida müraciəti ilə çıxış edib

Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

20 Yanvar faciəsindən 31 il ötür

Mövlud Çavuşoğlu ilə Cavad Zərif arasında telefonla danışığı olub

Avropa Komissiyası yaya qədər Aİ-yə üzv ölkələrin əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib

Avropada “Boeing 737 MAX”ın uçuşlarına qadağa götürülür

“YAŞAT" Fondu daha 3 nəfərin əməliyyatını təmin edib

Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlanıb

Putin xaç suyuna girdi - VİDEO

Nazirlik: 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü Prezidentin aylıq təqaüdləri ilə təmin olunur

Kəlbəcərin Çopurlu kəndi - VİDEO

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

Ermənistan ordusunu silahla təchiz edən iş adamına cinayət işi başlayıb

Ötən il “Google”da ən çox axtarılan sözlər məlum olub

Rusiyadan ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib

Messinin cəzası açıqlandı

Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb

Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”

Azərbaycan vətəndaşlarının Türkiyəyə hansı sənədlərlə səfər edəcəyi məlum olub