06.05.2015
AZAL bu gündən Berlinə birbaşa uçuşlara başlayır

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Berlinə birbaşa uçuşlar həyata keçirəcək.
Bu barədə Antenn.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, bu gün səhər artıq birinci uçuş həyata keçirilib və uçuşlar həftədə iki dəfə olmaqla yerinə yetiriləcək.
Tweet