Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

İranın Cənubi Xorasan əyalətindən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldu

İranın Cənubi Xorasan əyalətindən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan  verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Cənubi Xorasan (South Khorasan) əyalətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Cənubi Xorasan əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ən son xəbərlər

Azərbaycan məhkəmələrində işlərin təxirəsalınma müddəti uzadılıb

MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb

Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia

Bakıda qar yağacaq

3 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib

Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Qırğız Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

Yaqut Qarayev: “Vaksinasiya aparılmasına baxmayaraq, karantin rejiminin tələblərinə ciddi riayət olunmalıdır”

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama

Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

Vaksinlərin alınması Koronavirusla Mübarizə Fondunun vəsait hesabına həyata keçirilir

Azərbaycanda vaksinasiya yanvarın 18-də başlayacaq

Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək