Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

22.03.2017

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib

 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. 

 

Antenn.az xəbər verir ki, "Report"un məlumatına görə, müraciətdə qeyd olunub ki, öklə başçısının tapşırıqlarına əsasən son bir neçə il ərzində Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqmətində xeyli iş görülüb, bu sahənin qanunvericilik bazası, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib, mövcud turizm potensialından istifadə imkanları genişləndirilərək yeni turizm marşrutları yaradılıb ki, bunların da nəticəsində ölkəyə turist axını xeyli sayda artıb: "Lakin təəssüflə qeyd etməliyik ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslər tərəfindən pərakəndə şəkildə taksi fəaliyyətinin göstərilməsi, istismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradırlar.

 

Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili «Taksi» tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər.

 

Baş DYP İdarəsi bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, qeyd olunan tələblərə cavab verməyən, habelə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

 

Ümidvarıq ki, vətənini sevən hər bir şəxs ölkənin milli maraqlarını öz maraqlarından daha üstün tutacaq və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək dövlətimizin iqtisadi qüdrətinin daha da artması istiqamətində əlindən gələni əsirgəməyəcəkdir".


Şərhlər