Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

İndi Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

16.02.2017

“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”

“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.

 

Antenn.az xəbər verir ki, APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri Dünya Turizm Forumunun İstanbulda keçirilən III beynəlxalq toplantısının açılışındakı çıxışında Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, indi dünyada tam təhlükəsiz ölkə yoxdur: “Terror hər yerdə var - Orta  Şərqdə də, Avropada da, ABŞ-da, Uzaq Şərqdə də. Biz terrordan qorxmamalıyıq, terrordan qorxsaq, onu törədənlərin çörəyinə yağ yaxarıq. Bu gün ABŞ və Avropa nə qədər təhlükəsizdirsə, Türkiyə də o qədər təhlükəsizdir, Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.

 

Baş nazir son 15 ildə Türkiyədə turizm və nəqliyyat sektorlarının inkişafı və ölkədə həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib. İldə 160 milyon sərnişini qəbul edib, yola salacaq yeni İstanbul aeroportunun ilk bölümünün 2018-ci ilin fevralında açılacağını nəzərə çatdıran B. Yıldırım, turizmin inkişaf etdirilməsi üçün tarixi mirasların bərpasının önəmini qeyd edib. O, hökumətin turizmə, nəqliyyata və infrastruktur layihələrinə dəstəyinin davam edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, iştirakçılar arasında Azərbaycanın mədəniyyət  və turizm naziri Əbülfəz Qarayev, Benin, Zimbabve, Qana, Somali, Türkmənistan, Qırğızıstan, Kamboca, Türkmənistan, Özbəkistan, Rusiya və digər ölkələrin turizm və mədəniyyət sahəsindəki dövlət idarəçiləri var. Toplantı 2 gün davam edəcək.


Şərhlər