Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

«Bəxtəvər»

Efirdə 13:05 - 14:00
İlahə və Sənan

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

«Bəxtəvər»

Efirdə 14:05 - 15:00
İlahə və Sənan

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Bəxtəvər

Efirdə 15:05 - 16:00
İlahə və Sənan

Radio doktor

Efirdə 16:00 - 18:00
Gülnar Muradova

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

15.02.2017

Prezident şəhid ailəsinin evlə təmin olunması ilə bağlı tapşırıq verib

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi Bakıda mənzillə təmin olunub.

 

Antenn.az-ın APA-ya istinadən xəbərinə görə, dövlət başçısı Ç. Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, həmçinin Bakıda üçotaqlı mənzillə təmin olunması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı dövlət orqanlarına göstəriş verib. Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində də fərdi yaşayış evi tikiləcək.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

 

Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

 

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

 

Dövlət başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailəsini qəbul edib.


Şərhlər