Bakı
8° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0652 AZN

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Ən son xəbərlər

Azərbaycan məhkəmələrində işlərin təxirəsalınma müddəti uzadılıb

MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək

Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb

Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia

Bakıda qar yağacaq

3 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib

Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Qırğız Respublikasında prezident seçkilərinin nəticələri açıqlandı

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

Yaqut Qarayev: “Vaksinasiya aparılmasına baxmayaraq, karantin rejiminin tələblərinə ciddi riayət olunmalıdır”

Operativ Qərargahdan məktəblərlə bağlı açıqlama

Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

Vaksinlərin alınması Koronavirusla Mübarizə Fondunun vəsait hesabına həyata keçirilir

Azərbaycanda vaksinasiya yanvarın 18-də başlayacaq

Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək