Bakı
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0647 AZN

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”

“Charlie Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir:

“Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir.

“Charlie Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq. 

Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Charlie Hebdo”nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək, bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur”.

“Charlie Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir”, - deyə H.Hacıyev qeyd edib.

Ən son xəbərlər

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib

Ərdoğan: “Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb”

4267 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir

Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

Klapanlı maskaların əsas çatışmazlığı açıqlandı

XİN: Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

Prezident İlham Əliyev BMT BA-nın xüsusi sessiyasında çıxış edib

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Prezident: “Azərbaycan Ordusu “Qarabağ Ermənistandır” iddiasına layiqli cavab verdi”

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana başsağlığı verib

Azərbaycan XİN Ermənistan xarici işlər nazirinin “Armenpress” agentliyinə verdiyi müsahibəsini şərh edib

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM

Şəhidlərin xatirəsini yad etmək üçün sabah saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək

Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir

Kəlbəcərə komendant təyin olundu - RƏSMİ