Bakı
Non-Stop music
İndi Efirdə 11:05 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0344 AZN

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun “siçovul yuvası” var.

Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində pilotsuz uşuş aparatlarının hərbi əməliyyatlarda rolundan danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: "Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir".

Prezident bildirib ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq.

Ən son xəbərlər

Virusa yoluxmada öndə gedən RAYONLAR

Azərbaycanın güllə atıcısı Polşada qızıl medal qazanıb

Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü

3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

DYP sürücülərə müraciət edib

Moldovanın yeni prezidenti hökuməti istefaya səsləyib

Bakı sakini küçədə qətlə yetirildi

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib

3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

DİN COVID-19-la bağlı vətəndaşlara xəbərdarlıq edib

Gürcüstanın dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək

Bakıdakı Türkiyə və İran səfirləri GÖRÜŞDÜ

Plastik stəkan satanlar cərimələnəcək

Milli Məclis Fransa senatının qətnaməsilə bağlı etiraz bəyanatını müzakirə edir

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama - Video