Bakı
5° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0328 AZN

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

"Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar".

Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.

Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlət başçısı deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.

Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq, bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar. “Onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər, ancaq eyni zamanda mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Ən son xəbərlər

TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı

Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Ali Baş Komandanın xalqa müraciəti - TAM MƏTN

Azərbaycan Prezidenti xalqa müraciət edəcək

Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlandı - FOTO

İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Hulusi Akar: Rusiya ilə Qarabağ Monitorinq mərkəzinin detallarını müzakirə edirik

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub

Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO

Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir

Çin ABŞ rəsmələrinə sanksiya tətbiq edib

Bu ölkədə qadağalar ləğv olunur

Çavuşoğlu NATO toplantısına qatılacaq

Virusa yoluxmada öndə gedən RAYONLAR

Azərbaycanın güllə atıcısı Polşada qızıl medal qazanıb

Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü

3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib