Bakı
17°
Non-Stop music
İndi Efirdə 14:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0063 AZN

Türkiyə XİN: “Yunanıstanlı nazirin Ermənistanda səsləndirdiyi iddialar gərginlik yaratmağın yeni sübutudur”

Türkiyə XİN: “Yunanıstanlı nazirin Ermənistanda səsləndirdiyi iddialar gərginlik yaratmağın yeni sübutudur”

 “Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın  Ermənistan səfəri zamanı Türkiyə haqqında səsləndirdiyi iddialar qonşuluq, dialoq və əməkdaşlıq prinsiplərinə ziddir, gərginlik və münaqişə yaratmanın yeni bir sübutudur”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy belə bildirib.  

H.Aksoy deyib ki, N.Dendiasın ifadələri  tarixi həqiqətləri ört-basdır edə bilməyəcək: “ Yunanıstan Anadoluda törətdiyi  vəhşiliklərin müqabilində təzminat ödəməyə məhkum olduğunu unutmamalı, tarixi düzgün oxumalı  və türklərə qarşı düşmənçilikdən vaz keçməlidir.

Bölgəmizdəki bütün problemlərin həllində ortaq məxrəcə gələn Türkiyə, problemləri yaradan və ya yaradanlara dəstək verən isə Yunanıstandır”.

Diplomat bildirib ki, Suriyada zalım Əsəd rejimini, Liviyadakı təxribatçı Haftarı, Qarabağdakı işğalçı Ermənistanı dəstəkləyən, Türkiyəyə qarşı PKK, PYD, FETÖ daxil bütün terror təşkilatlarına qapılarını açan, Egey dənizini qaçqınların məzarlığına çevirən, Egey və  Aralıq dənizində ekspansionist siyasəti belə dəstəkləyən Yunanıstandır.

H.Aksoy Yunanıstan Xarici İşlər Nazirinə Dağlıq Qarabağ və ətrafdakı yeddi bölgədə kimin işğalçı və kimin qurban olduğunu ayırd etməyin vacibliyini tövsiyə edib:  

“Ermənistanın Azərbaycan torpaqlarından dərhal, tamamilə  və qeyd-şərtsiz geri çəkilməsinə dair  BMT Təhlükəsizlik Şurasının  qərarlarına baxmayaraq, 28 ildir qanunsuz işğalçılıq etməsini Yunanıstanın qınaması lazımdır.

Yunanıstan bu cür siyasətdən ayrılmalı, Türkiyəni, regionu  və dünya  həqiqətləri yaxşı görməlidir”.

Qeyd edək ki, N.Dendias Ermənistana gedib, qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, Türkiyənin guya Qarabağ probleminə müdaxilə etdiyini bildirib və bundan Yunanıstanın “narahat” olduğunu iddia edib. O, Yunanıstanla Ermənistanın Türkiyə ilə ortaq probleminin olduğunu, Türkiyənin Avropa İttifaqının çağırışlarına məhəl qoymadığı kimi yalan ifadələrə yer verib. 

Ən son xəbərlər

Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

Türkiyə Prezidenti azərbaycanlı xanımları qəbul edib

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Pandemiyaya qarşı müharibə hələ davam edir - Mehriban Əliyeva

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Düşmənə ağır zərbələr endirilib, ərazi və yüksəkliklər ələ keçirilib

Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

İlham Əliyev: "Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü"

Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib

Son sutkada 825 yeni yoluxma faktı qeydə alınıb

Prezident İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Prezident İlham Əliyev: "Müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik"