Bakı
15° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0021 AZN

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verilib.

Bildirilib ki, burada görülən işlər qəsəbəsinin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

Diqqətə çatdırılıb ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Qeyd edək ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verilib. Bildirilib ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.

Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

Balaxanın “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililələrindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.

Məlumat verilib ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib.

Dövlətimizin başçısı və Birinci vitse-prezident əncir dəriblər, göyərçinlərə tamaşa ediblər.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Balaxanı sakinləri ilə görüşüblər.

Dövlətimizin başçısı Balaxanı kəndinin yeni dövrünün başladığını bildirib, bu cür layihələrin digər qəsəbələrdə də icra olunacağını deyib.

Qəsəbə sakinləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.

13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

Bu barədə AZƏRTAC məlumat yayıb.

 

Ən son xəbərlər

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

MN: Göygöldə mövqelərimiz atəşə tutulur