Bakı
15° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0021 AZN

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

İsraildə bu gündən etibarən koronavirus pandemiyası səbəbindən üç həftəlik sərt karantin və izolyasiya rejimi başlayır.

AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, İsrail hökuməti və parlamenti COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli izolyasiya rejiminin tətbiqini dəstəkləyib. Sərtləşdirilmiş karantin rejimi sentyabrın 18-i yerli vaxtla saat 14:00-da başlayır və onun oktyabrın 9-na qədər davam etməsi gözlənilir.

Yəhudilərin bu il sentyabrın 18-20-də keçiriləcək yeni il bayramı – “Roş-Ha-Şana” da izolyasiya dövrünə düşür. İsrailin Baş naziri Binyamin Netanyahu xalqa televiziya müraciətində yeni məhdudlaşdırıcı tədbirlərin ölkədə yoluxma hallarının, həmçinin ağır xəstələrinin sayının artması ilə bağlı olduğunu bildirib.

İsrail hakimiyyətinin qərarına əsasən, əhaliyə evlərindən 500 metr məsafədən çox uzaqlaşmaq qadağan edilib. Həmçinin ölkə ərazisində restoranlar, otellər, idman zalları və hovuzlar bağlanacaq. Buna baxmayaraq, “Ben-Qurion” aeroportu fəaliyyətini davam etdirəcək.

Ölkədə karantin rejimini təmin etmək üçün 7 min polis və min hərbçinin cəlb olunduğu bildirilir.

Bu, artıq İsraildə ikinci izolyasiya rejimidir. Ötən dəfə ümummilli karantin koronavirus pandemiyasının ilk dalğası zamanı tətbiq edilmişdi.

Ən son xəbərlər

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

MN: Göygöldə mövqelərimiz atəşə tutulur