Bakı
15° Buludlu
Non-Stop music
İndi Efirdə 10:05 - 11:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0141 AZN

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.

Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Ən son xəbərlər

“Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”

Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycan Prezidenti: "Biz Böyük Qayıdışın astanasındayıq"

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

Zəngilana Azərbaycan bayrağı sancıldı

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Dövlət başçısı: "Böyük qayıdış astanasındayıq"

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlanılır - RƏSMİ

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

MN: Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

“KTMT-yə üzv ölkələrin başqa ölkələrə güc tətbiq etməkdən çəkinməklə bağlı öhdəliyi var”

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - Lavrov

Daha 331 yeni yoluxma faktı qeydə alınıb

Ermənilərin atdığı raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin keçdiyi əraziyə səpələnib - RƏSMİ