Bakı
26° Buludlu
Non-Stop music
İndi Efirdə 14:05 - 15:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0142 AZN

Azərbaycanda yeni tədris ili başlayıb

Azərbaycanda yeni tədris ili başlayıb

Bu gündən Azərbaycanda 2020-2021-ci tədris ili başlayır. 

Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir. 

Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız,  840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilinin ilk dərsləri I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarına əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilir:

1.1. məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;

1.2. ümumi təhsil müəssisələrində:

1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il sentyabrın 15-dən;

1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.2.5. ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.3. peşə təhsili müəssisələrində:

1.3.1. qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.4. ali və orta ixtisas təhsili müəssisələrində:

1.4.1. I kurs tələbələri üçün – 2020-ci il oktyabrın 1-dən;

1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il oktyabrın 15-dən;

1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.

2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci yarımbəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. 

Ən son xəbərlər

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb

Bu gün Milli Musiqi Günüdür

Moskvada koronavirusla bağlı son statistika

"OPEC+" əvvəlki aylarda neft hasilatını səmərəsiz azaldan ölkələrdən kompensasiya tələb etməyəcək

119 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 2 nəfər vəfat edib

Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək

Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Vilayət Eyvazov sıra baxışı keçirib

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir

Şikayətçilərin zibili daşındı

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

İsraildə sabahdan məktəblər bağlanır

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycanda mәşğul әhalinin sayı azalıb

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Səfir: "Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir"

Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM