Bakı
26° Buludlu
Non-Stop music
İndi Efirdə 14:05 - 15:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0142 AZN

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

DMX Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarına müraciət edib.

DMX-dan verilən məlumata görə, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqust 2020-ci il tarixdə qüvvəyə minəcək. Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır.

Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

Ən son xəbərlər

İsrail bu gündən üç həftəlik sərt karantin rejiminə keçir

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Operativ Qərargah: Şəkidə bazar 3 günlük bağlanıb

Bu gün Milli Musiqi Günüdür

Moskvada koronavirusla bağlı son statistika

"OPEC+" əvvəlki aylarda neft hasilatını səmərəsiz azaldan ölkələrdən kompensasiya tələb etməyəcək

119 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 2 nəfər vəfat edib

Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək

Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Vilayət Eyvazov sıra baxışı keçirib

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir

Şikayətçilərin zibili daşındı

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

İsraildə sabahdan məktəblər bağlanır

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycanda mәşğul әhalinin sayı azalıb

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Səfir: "Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir"

Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM