Bakı
26° Aydın hava
Non-Stop music
İndi Efirdə 17:05 - 18:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9837 AZN

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.

Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Ən son xəbərlər

Azərbaycanda 101 yeni yoluxma faktı qeydə alınıb

10 ölkə COVID-19-un ikinci dalğasının başladığını elan edib

İlham Əliyev: "Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar"

Moskvada koronavirusla bağlı məhdudiyyətlər bərpa oluna bilər

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - FOTO

Ali məktəblərə qeydiyyat başlayıb

Prezident: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”

Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub

Son sutkada 162 nəfər COVID-19-a yoluxub

İsrail karantini sərtləşdirir

Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib

BNA: Orta məktəblərin ətrafında təhlükəsilzik tədbirləri görülür

XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”

İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşdü

Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə telefonla danışıb

Azərbaycanda 146 yeni yoluxma faktı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTO

Ramin Bayramlı: "Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır"

5 ölkə Lukaşenkonun andiçməsini TANIMADI