Bakı
12° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9775 AZN

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür.

Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq.

Bununla yanaşı, pandemiya səbəbindən bayramda kütləvilik, qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsimi qadağandır.

Bu səbəbdən Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyənlər www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

İmkanlı adamların qurban kəsməsi Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq lazımdır.

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır.  

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən, o cümlədən Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.

Həcc ziyarəti ancaq Səudiyyə Ərəbistanı daxilində müəyyən qaydalara əməl olunmaqla təşkil edilib.

Ən son xəbərlər

DİN komendant saatı ilə bağlı detalları açıqladı

38 nəfər COVID-19-a yoluxub, 70 nəfər sağalıb, 2 nəfər vəfat edib

Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Ərdoğan: “Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”

Dövlət Xidməti kimlərin qismən səfərbərliyə cəlb olunacağını açıqlayıb

Düşmən təxribatı nəticəsində daha bir mülki sakin həlak oldu, yaralıların sayı 27-yə çatdı - RƏSMİ

Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

Qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam

Prezident sərəncam imzalayıb

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının Böyük Vətən Müharibəsidir"

Prezidentin köməkçisi: "Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir"

“Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq” - General-mayor

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir

Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Düşmənin daha 2 tankı məhv edilib

Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü həlak olub - RƏSMİ - FOTO

Ağdam və Tərtər rayonlarına FHN-in müvafiq qüvvələri cəlb edilib

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Putin genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib