Bakı
18° Aydın hava
Non-Stop music
İndi Efirdə 10:05 - 11:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9947 AZN

Bu gün növbəti buraxılış (qəbul) imtahanı keçirilir

Bu gün növbəti buraxılış (qəbul) imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən verilən məlumata görə, 14255 şagirdin (abituriyentin) iştirak edəcəyi nəzərdə tutulan imtahan saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Bu gün imtahan keçiriləcək bölgələr bunlardır:

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami), Yevlax;

9-cu sinif üzrə cari ilin məzunları üçün buraxılış imtahanı (tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün): İngilis, fransız bölmələri; 

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı: Sabunçu (Bakı), Xətai (Bakı), Abşeron, Göygöl, Samux; 

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Sabunçu (Bakı), Səbail (Bakı), İngilis, fransız b.

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün: Gəncə; 

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı: Sabunçu (Bakı), Səbail (Bakı), Abşeron.

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami), Yevlax.

Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim edilir, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə verilir. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Ən son xəbərlər

Düşmənin top atəşi nəticəsində Azərbaycanın daha 7 mülki vətəndaşı yaralanıb

“Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib

Dövlət Xidməti: Səfərbərliyə cəlb olunanların cəbhəyə yola salınmasına başlanılıb

MN: Ermənistandan hərəkət edən S-300-lər anında məhv ediləcək

Rusiya Dövlət Dumasının komitə sədri: “Ermənistan ələ keçirdiyi yeddi rayonu razılığa görə Azərbaycana qaytarmalı idi”

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

Polad Bülbüloğlu: "Danışıqlar aparılmır"

Angela Merkel İlham Əliyevə zəng edib

Hikmət Hacıyev: "Azərbaycan Ordusunun məqsədi Ermənistanın hərbi təcavüzünün qarşısını almaqdır"

Ermənilərin atdığı top mərmiləri Tərtərdə poçt binasına və xəstəxanaya düşüb

Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı

BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək

Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

Ermənilər Xankəndindən qaçır- Rusiya KİV.

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə məlumatı yalandır

Vaqif Dərgahlı: “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”