Bakı
28° Buludlu
Non-Stop music
İndi Efirdə 18:05 - 19:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0018 AZN

Müdafiə Nazirliyi ön xətdə yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb

Müdafiə Nazirliyi ön xətdə yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb

İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib - bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ön xətdə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular - mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid olan hərbi qulluqçuların ailələrinə dərin hüznlə baş sağlığı veririk. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcəkdir.Təkcə hərbi qulluqçularımızın deyil, bu ərazidə yaşayan mülki əhalinin də əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan xalqı orduya inanır və güvənir”.

Ən son xəbərlər

588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib

Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Bakıda istifadəyə yararlı çimərliklər açıqlanıb

Daxili İşlər Nazirliyi Bakıdan rayona gedənlərlə bağlı məlumat yayıb.

"İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub"

“Qoşulmama Hərəkatı və COVID-19” mövzusunda vebinar keçirilib

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb

Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ

Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü

Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib - FOTO

Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

Şimali Koreya nüvə silahını inkişaf etdirməyə davam edir

Almaniyada pandemiya dövründə şagirdlər ilk dəfə məktəbə gediblər

647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Ali və orta ixtisas üzrə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün qeydiyyat başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

Pentaqon Rusiyanın yeni sualtı qayıqlarından narahatdır