Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.909 AZN

Karantin qaydalarının pozulmasına görə yeni cərimələri təsdiqləndi

Karantin qaydalarının pozulmasına görə yeni cərimələri təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda isə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son xəbərlər

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib

“Xınalıq” UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

Xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda məhkəmələr təxirə salınıb

Məzuniyyətə çıxanların rayona getməsinə icazə verilməyəcək

BNA: Ekspress xətlərin fəaliyyəti bərpa olunur

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir

“Gürcüstan quru sərhədlərini açmağı planlaşdırmır”

Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub

İspaniya daha 12 ölkə ilə sərhədlərini açacaq

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunub

İsveçrə Azərbaycana səyahət məhdudiyyəti tətbiq edib

AzTV-nin baş redaktoru koronavirusdan ölüb

700 nəqliyyat vasitəsinin müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Marketlərə giriş məhdudiyyətli olacaq

Koronavirus xəstələrinə “SMS icazə” verilmir

İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?

TƏBİB AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə açıqlama verib

Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini təhdid etdi