Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

03.06.2016

Bakının bəzi mərkəzi yolları bağlanıb

Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub. 

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi  polis polkovniki Vaqif Əsədov Antenn.az-a bildirib ki, paytaxtın mərkəzinə doğru Cənub tərəfdən – Neftçilər prospekti-Azneft meydanı istiqamətində Bayıl qəsəbəsi, 20-ci sahə, Ələt-Astara-Salyan yolundan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu gündən Neftçilər prospektinə Azneft dairəsi tərəfdən – Bayraq meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulur, istiqamət dəyişdirilir.

 

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən, Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

 

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də Cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

 

Diqqətə çatdırılır ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.


Şərhlər