Bakı
32° Buludlu
Xəbərlər
İndi Efirdə 17:00 - 17:05 Əzizənin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9389 AZN

Boris Conson Rusiyanı G7-də görmək istəmir

Boris Conson Rusiyanı G7-də görmək istəmir

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın yenidən G7-yə qayıtmasına qarşı çıxacağını bəyan edib. 

Xarici KİV xəbər verir ki, “Dünya Moskvanın davranışında Rusiyanın G7 üzvlüyünə qayıtmasını əsaslandıracaq dəyişikliyin şahidi olmalıdır,” - deyə Conson bildirib. B.Conson Rusiyanın Böyük yeddiliyə üzv kimi qayıtmasının tərəfdarı olmasa da, tədbirə hansı liderlərin qonaq çağırılmasını sammitin ev sahibi olan ölkənin qərar verdiyini də vurğulayıb.

Ağ evin rəhbəri Donald Tramp Böyük yeddiliyin sammitini sentyabrda ABŞ-da təşkil etmək istədiyini və tədbirə Rusiya, Avstraliya, Hindistan və Cənubi Koreya liderlərini dəvət edəcəyini deyib.

Rusiya G7 qrupundan 2014-cü ildə - Krım Rusiya ərazisinə qatıldıqdan sonra çıxarılıb.

Kanada da Rusiyanın təşkilata qayıtmasının əleyhinədir. Ölkənin baş naziri Castin Tryudo Moskvanın hələ də beynəlxalq qaydalara məhəl qoymadığını deyib.          

Rusiya isə öz növbəsində sammitə dəvətlə bağlı bir sıra sualların yarandığını bildirib. Rusiya rəsmilərini Trampın ölkə liderini tədbirə hansı statusla dəvət etdiyini, gündəmdə nələrin olacağı və iştirakçı ölkələrin tərkibi kimi məsələlər maraqlandırır.

Rusiya tərəfi, həmçinin istənilən halda tədbirə dəvətdə maraqlı olduğunu, amma danışıqlar prosesində tamhüquqlu üzv kimi iştirak etmək istədiyini vurğulayıb. 

Ən son xəbərlər

MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

Elmar Məmmədyarov işdən çıxarılıb

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

Kanye Uest ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib

Ombudsman Tovuz rayonu istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib

Prezidentin çağırışına səs verən minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır

MN: Ermənistana məxsus PUA məhv edilib

Vaqif Dərgahlı: "Azərbaycanın tankı vurulmayıb"

Milli Məclisin deputatları tətilə çıxıb

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb

Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir

İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”

Azərbaycan Prezidenti: "Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır"

Azərbaycanda daha 559 nəfərdə COVID-19 aşkarlanıb

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

Azərbaycanlılar İsveçdə Ermənistan səfirliyinin qarşısına aksiya keçirib

Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

Milli Məclis Aparatı dünən baş verən hadisələr ilə bağlı açıqlama yayıb.

Azərbaycanda daha bir həkim koronavirusdan öldü