Bakı
30° Buludlu
Sağlam saat
İndi Efirdə 17:05 - 18:00 Azər Bəy `in təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9389 AZN

İlham Əliyev: "Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik"

İlham Əliyev: "Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik"

Davos Dünya İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və mən Davosda Azərbaycanda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədi imzaladıq. Hesab edirəm ki, bu, bizim sənaye inkişafında gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin bir nümunəsidir” - bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı bildirib.

Dövlər başçısı deyib ki, biz nəinki təkcə Azərbaycan üçün, eyni zamanda region üçün çox güclü platformanın necə inkişaf etdirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə işləməyə hazırıq ki, çox imkanlar yaratmaq məqsədilə mövcud infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın coğrafi mövqeyindən istifadə etmək mümkün olsun: “Toxunmaq istədiyim digər bir məsələ budur ki, biz dəmir yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik. Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir.

Ən son xəbərlər

Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub

MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

Elmar Məmmədyarov işdən çıxarılıb

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

Kanye Uest ABŞ prezidenti postuna namizədliyini qeydiyyatdan keçirib

Ombudsman Tovuz rayonu istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib

Prezidentin çağırışına səs verən minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır

MN: Ermənistana məxsus PUA məhv edilib

Vaqif Dərgahlı: "Azərbaycanın tankı vurulmayıb"

Milli Məclisin deputatları tətilə çıxıb

Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb

Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir

İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”

Azərbaycan Prezidenti: "Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır"

Azərbaycanda daha 559 nəfərdə COVID-19 aşkarlanıb

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

Azərbaycanlılar İsveçdə Ermənistan səfirliyinin qarşısına aksiya keçirib

Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

Milli Məclis Aparatı dünən baş verən hadisələr ilə bağlı açıqlama yayıb.