Bakı
26° Buludlu
Radio Birja
İndi Efirdə 14:05 - 15:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.915 AZN

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı İngiltərənin “Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.

Məqalədə Dağlıq Qarabağın "mübahisəli ərazi" olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır.

Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ də yerinə yetirilmədiyi bildirilir.

Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir.

Sonda Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.

Ən son xəbərlər

TƏBİB AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə açıqlama verib

Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini təhdid etdi

Prezident cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Baş Prokurordan yeni TƏYİNAT

Rusiyada səsvermə protokollarının hamısı açıqlanıb

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı Müraciət

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım

Misir beynəlxalq uçuşları bərpa etdi

Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik edib

İyulun 4-də planetlərin paradı başlayır

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Bakıda bəzi yerlərdə polis postları götürüldü

Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlədi

Rusiya, Türkiyə və İran prezidentlərinin videokonfrans formatında üçtərəfli görüşü başlayıb

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı rəsmi açıqlama

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

Rusiyada kommunal xidmətlər bahalaşıb

Daha bir həkim koronavirusun qurbanı oldu