Bakı
26° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.915 AZN

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

“Azərbaycan 30 ildən çoxdur torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla müharibə vəziyyətində yaşayır. Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma sülh danışıqları sonsuzadək davam edə bilməz". 

 Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS informasiya agentliyində keçirilən “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilkin şərtdir: "Hansı ki, mütləq şəkildə yerinə yetirilməlidir, amma yerinə yetirilmir. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin sülh danışıqları sonsuza qədər davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız və ən əsası da Ermənistan rəhbərliyi nəzərə almalıdır”.

“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Həmin toplantıda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi bir daha diqqətə çatdırıldı. Məsələnin beynəlxalq hüquq normalarına əsaslanan yeganə həll yolu bir daha vurğulandı. Ona görə də biz öz tərəfdaşlarımızdan və dünya ölkələrindən dəstək gözləyirik. Böyük Vətən Müharibəsi zamanı tarix göstərdi ki, sülhə nail olmaq üçün müharibə törədən səbəbi aradan qaldırmaq lazımdır”, - səfir bildirib. 

Ən son xəbərlər

Baş Prokurordan yeni TƏYİNAT

Rusiyada səsvermə protokollarının hamısı açıqlanıb

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı Müraciət

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım

Misir beynəlxalq uçuşları bərpa etdi

Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik edib

İyulun 4-də planetlərin paradı başlayır

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Bakıda bəzi yerlərdə polis postları götürüldü

Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlədi

Rusiya, Türkiyə və İran prezidentlərinin videokonfrans formatında üçtərəfli görüşü başlayıb

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı rəsmi açıqlama

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

Rusiyada kommunal xidmətlər bahalaşıb

Daha bir həkim koronavirusun qurbanı oldu

Baş nazirin qərarı ilə yeni fond yaradıldı

Dünya Bankı Gürcüstana əlavə 45 milyon avro yardım edəcək

İsmayıllı ilə bağlı SƏRƏNCAM

Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb