Bakı
12° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9775 AZN

Ələt azad iqtisadi zonası yaradılıb - FƏRMAN

Ələt azad iqtisadi zonası yaradılıb - FƏRMAN

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

 Sərəncamda bildirilir:

  1. Ələt azad iqtisadi zonası yaradılsın.
  2. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu (bundan sonra – Azad Zona səlahiyyətli qurumu) yaradılsın.
  3. Bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilsin.
  4. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv edilsin.
  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görsün;

5.2. bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, Azad Zona səlahiyyətli qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etsinlər.
  3. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 noyabr tarixli 861 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1709) 3–7-ci hissələri ləğv edilsin.
Ən son xəbərlər

DİN komendant saatı ilə bağlı detalları açıqladı

38 nəfər COVID-19-a yoluxub, 70 nəfər sağalıb, 2 nəfər vəfat edib

Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Ərdoğan: “Münaqişəni həll etməyən həmsədrlər indi ağıl verirlər”

Dövlət Xidməti kimlərin qismən səfərbərliyə cəlb olunacağını açıqlayıb

Düşmən təxribatı nəticəsində daha bir mülki sakin həlak oldu, yaralıların sayı 27-yə çatdı - RƏSMİ

Bu gündən ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

Qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam

Prezident sərəncam imzalayıb

Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının Böyük Vətən Müharibəsidir"

Prezidentin köməkçisi: "Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir"

“Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq” - General-mayor

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir

Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir

Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Düşmənin daha 2 tankı məhv edilib

Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü həlak olub - RƏSMİ - FOTO

Ağdam və Tərtər rayonlarına FHN-in müvafiq qüvvələri cəlb edilib

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Putin genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib