Bakı
23° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0003 AZN

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

Ən son xəbərlər

647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Ali və orta ixtisas üzrə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün qeydiyyat başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

Pentaqon Rusiyanın yeni sualtı qayıqlarından narahatdır

Rusiyada alma bahalaşıb

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO/VİDEO

ƏƏSMN tərəfindən 646 min vətəndaşın müraciəti cavablandırılıb

318 yeni yoluxma, 714 sağalma, 7 ölüm...

Deputatlara bayrampulu VERİLİB

Ronaldo 8 milyon avroya “Buqatti” alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 21,8 milyon manat ayrılıb

MN: Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək

Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq

Kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycanda Qurban bayramı qeyd olunur

673 nəfər COVID-19-dan sağalıb, 339 nəfər yoluxub, 3 nəfər vəfat edib

İlham Əliyev Polad Həşimovun adının küçəyə verilməsi barədə tapşırıq verdi