Bakı
30° Buludlu
Xəbərlər
İndi Efirdə 14:00 - 14:05 Əzizənin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9248 AZN

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır”

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır”

“Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək”.

 Bunu Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır: “Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır”.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır: “Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar.

Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin”.

Ən son xəbərlər

Azərbaycan Prezidenti: "Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır"

Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”

XİN məlumat yayıb

Azərbaycan Ordusunun şəhid olan əsgəri İsmayıllıda dəfn edilib

Şəhid olan hərbçi Vüqar Sadıqovla Ağstafada vida mərasimi keçirilir – FOTO

Finlandiya 20 Avropa ölkəsi ilə sərhədlərini açır

Hərbi xidmətdən qayıdan oğlullarına yığıncaq keçirən atalar cərimələndi

MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub

Türkiyə XİN: “Ermənistanın Azərbaycan sərhədinə silahlı hücumlarını şiddətlə qınayırıq”

Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək

Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

526 nəfər COVID-19-a yoluxub, 502 nəfər sağalıb

“Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”

İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı

Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb

190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdı