Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib, onlardan 4-ü ölüb

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib, onlardan 4-ü ölüb

“Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. 

“Metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib: “Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml  ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq

Ən son xəbərlər

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

Acundan dünya rekordu

ÜST bu 2 preparatın sınaqlarını dayandırdı

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - YENİLƏNİB-1

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək

Bakı-Şamaxı yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub

Prezident İlham Əliyev Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olub

Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib”

Şamaxının icra başçısı açıqlama verdi

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, 2 nəfər vəfat edib

Bakıda gecə fəaliyyət göstərən restoran aşkarlandı, 32 nəfər saxlanıldı

Şamaxının icra başçısının müavini koronavirusa yoluxub

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb

İsveç 5G-yə keçən ilk ölkə oldu

Dünya çempionatı təxirə salındı

Trampın statuslarını paylaşan o imiş...

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır