Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8595 AZN

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu
Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.
Bu barədə “RİA Novosti” Çin mətbuatına istinadla xəbər yayıb.
Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində “Hunan” bazarında canlı xərçəng satıcısı işləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.
Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.
Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin “Sehe” xəstəxanasına müraciət edib.
Sonradan məlum olub ki, o, “Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.
Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün “Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər. 
Çin KİV, eyni zamanda, “Hunan”la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.
Ən son xəbərlər

Nazirlik: 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb

Boşana bilməsələr də, razılaşdılar

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya çatıb, 9 nəfər ölüb, 101 nəfər sağalıb

Prezident koronavirusla mübarizə üçün tibbi avadanlıq və vasitələrin alınmasına 97 milyon manat ayırıb

UEFA rəsmisi: "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Baş Nazir: “Neftin qiymətinin düşməsinin mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir”

Nazir: "Bu gündən 190 manatın verilməsinə başlanılacaq"

İlk dəfə 4-cü uşağının üzünü göstərdi

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək

Azərbaycanda 822 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

İrina sevgilisi ilə ilk dəfə görüntüləndi

Harry Potterdən karantin günləri üçün möhtəşəm ideya

İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

Özündən 21 yaş böyük aktyorla sevgili oldu

Kıvanç “Çukur”da

ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik

Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu