Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

16.02.2016

Tikinti sahəsində “vahid pəncərə” sisteminə keçiləcək

“Tikinti sahəsində elektrik enerji, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin alınması sahəsində problemlər var. Bu problemlər mərhələ-mərhələ həllini tapacaq”.

 

Antenn.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri  Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov bildirib ki, tikinti sahəsində yeniliklər çox vacibdir və qısa müddətdə bunun tətbiqi nəzərdə tutulur: “Belə görüşlərin məqsədi odur ki, tikinti işlərinin sürətləndirilməsi üçün daha hansı işlərin görülməsini müəyyənləşdirək. Gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsi asanlaşdırılacaq. Əvvəllər tikinti şirkətləri tərəfindən binalar tikilmiş, qəbul aktları olmadan istifadəyə verilmişdi. Həmin binalar Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy alınmadan istifadəyə verildiyi üçün o binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. Tutaq ki, o binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. O binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub”.

 

Nazir bildirib ki,tikinti işlərinə başlanandan bitənə qədər süni maneələrə yol verilməyəcək: "Sənədləşmə ilə bağlı məlumatları tikinti şirkətləri elektron qaydada sistemə elə daxil etməlidir ki, gələcəkdə suallar qalmasın. Tikintinin icazəsindən başlamış bütün ilkin məlumatlar Fövqəladə Hallar Nazirliyində yaradılmış və yaxın gələcəkdə istifadəyə veriləcək elektron sistemə düzgün daxil edilməlidir. Bu, əslində tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq, digər müvafiq qurumlar da Fövqəladə Hallar Nazirliyindəki elektron bazadan bu məlumatları götürə biləcək. Bir sözlə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində istifadəyə veriləcək elektron sistem tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacaq”.  


Şərhlər