Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

İndi Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

13.01.2016

Gürcüstan SOCAR-dan imtina edir

Rusiyanın "Qazprom" şirkəti Gürcüstana SOCAR-dan daha ucuz təbii qaz təklif edir.

 

Antenn.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib.

 

K. Kaladze konkret rəqəm açıqlamayıb və bildirib ki, Rusiya tərəfinin təklifi SOCAR-a təqdim olunub: "Mən rəqəm açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, Rusiya tərəfinin təklif etdiyi qiymət Azərbaycan tərəfinin təklif etdiyi qiymətdən aşağıdır və olduqca rəqabətqabiliyyətlidir. Biz artıq Rusiya tərəfinin təkliflərini SOCAR-a təqdim etmişik".

 

Baş nazirin müavini bildirib ki, bu gün Gürcüstana SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər gələcək və yuxarıda qeyd edilən məsələlər Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Görüşdən sonra ictimaiyyət üçün bəyanat veriləcək.

 

K. Kaladze əlavə edib ki, SOCAR Gürcüstanın təbii qaza olan tələbatını tam ödəyə bilmir.

 

"Bu gün Gürcüstanda qazın illik tələbatı 2,5 milyard kubmetr təşkil edir ki, bu da 2012-ci ildəki göstəricidən 38% çoxdur. 2015-ci ildəki tələbat 2014-cü illə müqayisədə 19% artıb. Hazırda biz gündəlik olaraq 11 milyon kubmetr qaz tədarük etməli oluruq. Onun əsas hissəsini SOCAR-ın "Qazax" boru kəməri vasitəsilə nəql olunan 6 milyon kubmetr qaz təşkil edir. 2,9 milyon kubmetr qazı isə "Şahdəniz"dən alırıq. Qalan hissəni biz Rusiyadan tranzitə görə alırıq. Biz SOCAR-ın kəmərindən bundan artığını ala bilmirik. Fizik baxımdan bu kəmərlə 6 milyon kubmetr qaz tədarük etmək mümkün deyil", - deyə nazir bildirib.


Şərhlər