Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

İndi Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

12.01.2016

Azərbaycan 4 illik qənaət rejiminə keçir

Azərbaycan hökuməti dünya bazarlıranda neftin qiymətinin kəskin aşağı düşməsi və onun ölkə iqtisadiyyatına təsirinin azaldılması məqsədilə ciddi addımlar atmaq niyyətindədir. Bura 2016-cı ilin dövlət büdcəsinin dəyişdirilməsi, 4 il davam edəcək ciddi qənaət rejiminin başlanması, dövlət investisiyalarının azaldılması, dövlət idarəetməsində ciddi islahatların aparılması, eləcə də dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsi aiddir.

 

Antenn.az-ın Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

 

«Manatın devalvasiyası qaçılmaz idi»
Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. Qlobal iqtisadi proseslərin ölkəmizin inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır: «Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən ölkələrin timsalında da görə bilərik».

 

Dövlət büdcəsi dəyişdiriləcək
S.Şərifov bildirib ki, neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirib: «Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasəti davam etməklə, büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına təkan verilməsi kimi əsas hədəfləri güdməlidir».

 

Həssas təbəqələr inflyasiyadan qorunacaq
Maliyyə naziri bildirib ki, bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar olaraq gündəlik tələbat mallarının qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin prezidentin tapşırığına uyğun olaraq həyata keçirilməsi planlaşdırılır.

 

4 illik qənaət rejimi başlayır
Nazir dölət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanacaqmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam intizamı gücləndirilməli, israfçılığa və izafi xərxlərə yol verilməməlidir.

 

Dövlət idarəçiliyi təkmilləşəcək 
Nazir həmçinin bildirib ki, dövlət idarəetmə sisteminin təkmiləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası, və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.


Şərhlər