Bakı
6° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8398 AZN

73 seçki məntəqəsinin nəticələri ləğv edildi

73 seçki məntəqəsinin nəticələri ləğv edildi

Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.

Bugünədək 21 seçki dairəsinin 73 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

Onlardan 70-i ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 3-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər. 

Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 1 (30 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib. 

Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 21 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.   

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub. 

 

Ən son xəbərlər

Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi

Terrorçu PKK-nın silahlıları koronavirusa yoluxub

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Qida rasionunda üstünlük verilməli qidalar

Lukaşenko: “Heç bir fəlakət yoxdur, 794 nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib”

“Koronavirusun müalicəsində antibiotiklərdən istifadə olmaz” - Rəsmi

Koronavirusla mübarizəyə 1 milyon dollar bağışladı

Ərdoğan aparıcını məhkəməyə verdi

Ledi Qaqadan rekord yardım

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Ötən sutka karantin rejimini pozan 1499 sürücü inzibati məsuliyyətə cəlb edilib

Əkiz körpələrə "Covid" və "Corona" adı verildi

Donald Tramp ABŞ-ın dərman şirkətlərindən Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib

Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Prezident: "Aprelin 20-dən sonra addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq"

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir

Hollivud filmlərinin premyerası koronavirusa görə təxirə salındı