Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.855 AZN

Portuqaliyanın Respublika Assambleyasına ictimai nəqliyyatda ətir vurmağı qadağan etmək barədə petisiya verilib

Portuqaliyanın Respublika Assambleyasına ictimai nəqliyyatda ətir vurmağı qadağan etmək barədə petisiya verilib

Bu ilin əvvəlində Portuqaliyanın Respublika Assambleyasına ictimai nəqliyyatda ətir vurmağı qadağan etmək barədə petisiya verilib.

Mario Markes dos Reysin 2019-cu il 29 noyabr tarixli petisiyası Respublika Assambleyasında bu il yanvarın 2-də qəbul edilib. M.Markes ictimai nəqliyyatda ətriyyatdan istifadəni qadağan etməyə çağırır, çünki ətriyyat məhsullarındakı kimyəvi maddələr yuyucu maddələr qədər sağlamlığa ziyan vurur. Ərizəçinin fikrincə, ictimai yerlərdə və nəqliyyatda tütünün istifadəsini məhdudlaşdıran qanun ətriyyat məhsullarına da şamil edilməlidir.