Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8738 AZN

Dünya şöhrətli müğənni öz adına şəhər saldırıb, valyuta buraxdıracaq

Dünya şöhrətli müğənni öz adına şəhər saldırıb, valyuta buraxdıracaq

Dünya şöhrətli müğənni Akon Seneqalda “Akon City” adlı şəhər və xüsusi “Akoin” adlı valyuta yaradıb. 

Bu barədə CNN xəbər yayıb. 

“Lonely” adlı mahnısı ilə bütün dünyada məşhurlaşan ifaçı nəhayət uzun müddət arzusunda olduğu planlarını şəxsi “İnstagram” səhifəsindən açıqlayıb. 

Seneqal prezidentinin ona verdiyi 2 hektar ərazidə tikiləcək olan “Akon City”nin yaxın 10 ildə tam hazır olacağı gözlənilir. 

Öz adı ilə bağlı “Akoin” adlı kripto valyuta yaratdığını deyən müğənni şəhərdə bu pulun dövriyyədə olacağını bildirib.