Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8738 AZN

Kann kinofestivalının jürisinə ilk dəfə qaradərili başçılıq edəcə

Kann kinofestivalının jürisinə ilk dəfə qaradərili başçılıq edəcə

Kann festivalı 12-23 may tarixləri arasında Fransada keçiriləcək.

Kann kinofestivalının münsiflər heyətinə ilk dəfə Spayk Li başçılıq edəcək, bununla o, festivalın mövcudluğu ərzində jüri rəhbəri olan ilk qaradərili olacaq. Bu barədə festivalın saytında xəbər verilib.

"Dünyanın ən vacib kinofestivalı olmaqla bərabər - heç kimin xətrinə dəymək istəmirəm, amma bu belədir - mənim rejissura karyeramın formalaşmasında ən böyük təsiri Kann kinofestivalı göstərib. Bu gün mən kino sənayesində nəyəmsə, bunu Kann festivalı edib", - deyə kinematoqraf bildirib.

Kann festivalı 12-23 may tarixləri arasında Fransada keçiriləcək. Apreldə təbirdə iştirak edəcək digər filmlərin və münsiflər heyətinin digər üzvlərinin adları açıqlanacaq.

62 yaşlı Spayk Li "25-ci saat", "Oldboy" və "Malkolm X" kimi kult filmləriylə tanınır.