Bakı
8° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8738 AZN

Tramp “Apple” şirkətini tənqid edib

Tramp “Apple” şirkətini tənqid edib

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

"Biz hamımız zamanla ticarətdə və çox başqa məsələlərdə “Apple”ə kömək edirik və bununla belə, onlar qatillərin, narkodilerlrin və digər təhlükəli kriminal elementlərin telefonlarını blokdan çıxarmaqdan imtina edirlər", - deyə Tramp “Twitter”də yazıb.

O şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Daha əvvəl Ədliyyə Nаzirliyinin rəhbəri Uilyam Barr bildirib ki, “Apple” Floridada ABŞ-ın hərbi bazasında atəş açmış səudiyyəlinin telefonunu blokdan çıxarmağa kömək etməkdən imtina edib.