Bakı
28° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9163 AZN

Prezident İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır"

Prezident İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır"

"Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi". 

 Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

Dövlət başçısı bildirib: 

"Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.

Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır".

Ən son xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək

Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib

526 nəfər COVID-19-a yoluxub, 502 nəfər sağalıb

“Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”

İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı

Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb

190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdı

Bu gün 41 şəhər və rayonda qəbul imtahanı keçiriləcək

Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi

Oğuza istirahətə gedənlər cəzalandırıldı

Xorvatiya və Bolqarıstan avroya keçəcək

Dövlət Agentliyinin səlahiyyəti azaldıldı

Mer: "COVID-19 Moskvada geri çəkilməyə davam edir"

5 azyaşlı uşaq və hamilə qadın Dağıstandan Azərbaycana GƏTİRİLDİ

Gürcüstanda turizm vergisi tətbiq oluna bilər

Binəqədidə poliklinikanın şöbə müdiri koronavirusdan öldü

Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu