Bakı
18° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Türkiyə Prezidenti: "“Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”

Türkiyə Prezidenti:  "“Liviya xəritədə uzaq görünə bilər, amma bizim üçün uzaq bir yer deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib ki, Liviya Osmanlı imperiyasının əhəmiyyətli hissəsi olub və Türkiyənin Liviya ilə dərin tarixi bağları mövcuddur: “Heç kim ölkəmizdən yardım istəyən liviyalı qardaşlarımıza arxa çevirməyimizi gözləməsin. Liviyada Haftara tabe olmayan qardaşlarımız var. Haftar Liviyadakı türkləri də etnik təmizləməyə məruz qoymaq niyyətindədir. Çətin anlarında onların yanında olmağımız lazımdır. Orada türk varlığından xəbərsiz olanları gördükcə millətimiz adına kədərlənirəm. “Liviyada nə işiniz var?” deyənlər siyasət və tarix cahilləridir”.

Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına da münasibət bildirib. Türkiyə Prezidenti qeyd edib ki, dünən Moskvada keçirilən danışıqlarda Liviya Milli Razılıq Hökuməti konstruktiv mövqe nümayiş etdirib: “Buna baxmayaraq, Haftar atəşkəs razılaşmasını imzalamadı. Əvvəlcə “hə” dedi, sonra Moskvanı tərk etdi, qaçdı. Bundan sonra məsuliyyət cənab Putin və onun komandasının üzərinə düşür. Biz sözümüzün üstündə durduq, amma Haftar danışıqları tərk etdi. İrəli sürdüyü şərtlər onun əsl simasını göstərir. Atəşkəsi qəbul etməməsi bizi heç təəccübləndirmədi”.

Ərdoğan bazar günü Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı sammitə qatılacağını da vurğulayıb: “Bu sammitə başda ABŞ olmaqda, digər ölkələrdən də nümayəndələr qatılacaq. Biz Tunis və Qatarın da sammitə qatılmasının zəruriliyini aidiyyəti üzrə çatdırsaq da istədiyimiz nəticəni əldə edə bilmədik. Hücumları dayandırmasa, Haftara lazımi dərsi verməktən geri çəkilməyəcəyik”.

Türkiyənin məqsədinin regionda yaşayan insanların haqlarını qorumaq olduğunu bildirən Ərdoğan qeyd edib ki, Suriya məsələsində ABŞ və Rusiya ilə əldə edilən razılaşmalara tam əməl olunmur.

Ən son xəbərlər

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Əkrəm İmamoğlundan Azərbaycan xalqına - Təbrik

Cem Yılmaz ilk dəfə Serenayla fotosunu paylaşdı

Rusiyada bir gündə 8300-dən çox insan Covid-19-a yoluxdu

Koronavirusa yoluxduğunu hamıdan gizlədib

Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Tramp sosial şəbəkələri fəaliyyətlərini sərt şəkildə tənzimləməklə hədələyib

Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Azərbaycanda koronavirusa yoluxanların sayı 4,5 mini keçdi

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi

Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir

Lənkəranda zəlzələ olub