Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

06.11.2015

SOCAR əhaliyə XƏBƏRDARLIQ etdi

SOCAR əhaliyə xəbərdarlıq edib. 

Antenn.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, 2011-ci ildən etibarən SOCAR üzrə işə qəbul mərkəzləşdirilmiş qaydada İnsan Resursları Departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilir: “Lakin müxtəlif şəxslər, fırıldaqçı şirkətlər və ya onların nümayəndələrinin SOCAR adından saxta iş təklifləri təqdim etmələri haqqında faktlara hələ də rast gəlinir. SOCAR-ın işə qəbul ilə bağlı dələduzluğa qarşı mübarizə aparmasına və müxtəlif maarifləndirmə işləri həyata keçirməsinə baxmayaraq, işə qəbul olunmaq istəyən sadəlövh vətəndaşların aldadılması halları təkrarlanmaqdadır. Bu səbəbdən SOCAR bir daha vətəndaşların diqqətinə çatdırır ki, SOCAR-da işə qəbul olunmaq üçün heç bir vəsait tələb olunmur. Odur ki, bir daha vətəndaşları sayıq olmağa, müxtəlif şəxslər, fırıldaqçı şirkətlərin saxta təkliflərinə aldanmamağa çağırırıq”.

 

SOCAR işə qəbul prosesi ilə bağlı aşağıdakı məqamları vətəndaşların diqqətinə çatdırıb:

 

SOCAR-da İşə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir.

 

·         SOCAR-da mövcud olan vakansiyalar ancaq şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan edilir.

 

·         Elektron müraciət formasını özünüz doldura bilmədikdə, bu işə nəzarət etməklə ən etibarlı şəxlərə həvalə edərək, müraciətdə öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olun.

 

·         Test, müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binsaında (Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə (521 prefiksli nömrələrdən) və e-poçt-larına (hr@socar.az) bildiriş şəklində göndərilir) keçirilir İmtahanlarda İRD-nin səlahiyyətli nümayəndəsi də iştirak edir.

 

·         Əgər şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən, gizli zənglər vasitəsilə) və ya yahoo.com, gmail.com, mail.ru tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa, bu şəxslər və ya şirkətlər tərəfindən təqdim edilən saxta iş təklifi və ya xidmətlər barədə hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.


Şərhlər