Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

18.09.2015

Bu gün Milli Musiqi Günüdür

Sentyabrın 18-i müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin doğum günüdür.

 

Antenn.az xəbər verir ki, bu gün Üzeyir bəyin 130 illik yubileyidir.

Hələ sovet hakimiyyəti dövründə Maestro Niyazinin təşəbbüsü ilə hər il sentyabrın 18-i böyük bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün Azərbaycanda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir bəy Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi.

 

İllər keçdi, ümummilli lider Heydər Əliyev  bu günü unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı.

 

Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il sentyabrın 18-də verdiyi fərmana uyğun olaraq hər il Azərbaycanda ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

 

Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir bəy Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir bəy Hacıbəylinin taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

 

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günü ənənə halını alıb. Həmin gün ölkənin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır.

 

Sentyabrın 18-i həm də Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayır. 2009-cu ildən başlayaraq ölkədə 18-28 sentyabr tarixlərində keçirilən Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir. 

 

Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. İnanaq ki, dünyanı dolaşan bu musiqi tezliklə bəstəkarın bu səsə həsrət yurduna – Qarabağa, Şuşaya da çatacaq.  Üzeyir Musiqi Günü Cıdır düzündə keçiriləcək.


Şərhlər