Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8796 AZN

Elm adamları: Çox alkoqol qəbul etmək DNT-ni pozur

Elm adamları: Çox alkoqol qəbul etmək DNT-ni pozur

Alkoqolun niyə aludəçilik yaratdığı məlum olub

 ABŞ-ın Rutgers Universitetində aparılan tədqiqat zamanı çox alkoqol istehlak etməyin xüsusilə orqanizmin bioloji saatını (Per2) və stresin öhdəsindən gəlməyə (POMC) nəzarət edən genlərə zərər verdiyini ortaya çıxarıb.

Nəticələri "Alkoqolizm: Klinik və Eksperimental Tədqiqat" dərgisinda çap olunan tədqiqat işinə görə, bu zərər daha çox alkoqol qəbul etməyə gətirib çıxarır.

Tədqiqatçılar müntəzəm və ya ifrat dərəcədə alkoqol istehlak edən şəxslərin bu iki genində baş verən dəyişikliyi müşahidə ediblər və hər iki genin də metilasiya kimi adlandırılan və orqanizmdə baş verən bioloji dövr müddətində pozulduğunu aşkar ediblər.

İfrat alkoqol istehlak edənlərin genlərinin yeni proteyn istehsalının yavaşladığı da müəyyən edilib.

Tədqiqatı aparan elm adamları tapıntıların alkoqolun aludəçilik yaratmaq riskinin niyə çox yüksək olduğunu başa düşmək üçün vacib olduğunu irəli sürürlər.