Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8796 AZN

Leonardo Di Kaprio Amazon meşələrini yandırması ittihamına cavab verib

Leonardo Di Kaprio Amazon meşələrini yandırması ittihamına cavab verib

Braziliya Prezidenti tanınmış aktyoru meşələri yandırmaqda ittiham edib

Braziliya prezidenti Ceyr Bolsarano Amazon yanğınlarının arxasında Leonardo Di Kaprionun olduğunu bəyan edib.

"Bu Leonardo Di Kaprio bomba oğlandı elə deyil? Amazonun məhv edilməsi üçün pul ayırır".

Bundan 24 saat keçməmiş Bolsarano başqa bir görüşdə yenə aktyoru ittiham edib: "Leonardo Di Kaprio, lənətə gəlsin, sən Amazonun yandırılması üçün əməkdaşlıq edirsən".

Braziliya prezidenti aktyoru ittiham edərkən, heç bir dəlil-sübut gətirməyib. Buna görə də prezident yalan-xəbər və dezinformasiya yaymaqda ittiham edilir.

Halbuki "Oskar"lı aktyorun iqlim təşkilatı "Yer Alyansı" iyul və avqust aylarında nəhəng hissələri yanğında məhv olduqdan sonra, Amazonu yanğınlardan mühafizə etmək üçün 5 milyon dollar ianə edəcəyinə dair söz verib.

Aktyor "Instagram" hesabında yaydığı bəyanatda Braziliya prezidentinin ittihamlarına da cavab verib:

"Amazonla bağlı böhranın indiki mərhələsində mən özlərinin mədəni və təbii irsini mühafizə etməkçün çalışan Braziliya xalqını dəstəkləyirəm. Onlar möhtəşəmdirlər, iqlimi qorumaq üçün göstərdikləri töhfələr və həvəsləriylə təsirli və təvəzökar nümunədirlər.

Bu əvəzsis ekosisteminin gələcəyi şübhə altındadır və mən onu qoruyan insanlarla çiyin-çiyinə dayandığım üçün qürurlanıram. Əgər dəstək olmasa idi, biz təşkilatlar üçün lazımi maliyyəni toplaya bilməzdik.

Mən braziliyalıların gələcəyi naminə yorulmaq bilmədən Amazonu qorumağa çalışan Braziliyanın yerli icmalarına, lokal hökumətlərinə, elm adamlarına, təhsil işçilərinə və ümumi ictimaiyyətə dəstək olmaqda davam edəcəm."