Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8796 AZN

Çin ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edib

Çin ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edib

Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

 Bu barədə brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.

Onun sözlərinə görə, sanksiyalar NDI, HRW, "Freedom House" məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.

Qeyd edək ki, bu, Çinin ABŞ-a cavab sanksiyasıdır. Belə ki, daha əvvəl ABŞ Honkonqda "İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında" qanun qəbul edib. Çin XİN rəsmisi məsələyə belə münasibət bildirib: "ABŞ Çinin etirazına məhəl qoymadı. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl normalarının ciddi pozuntusu, habelə Çinin daxili işlərinə müdaxilədir".